Məzahir Pənahovdan bülletenləri korlayanlar haqda sərt açıqlama

Məzahir Pənahovdan bülletenləri korlayanlar haqda sərt açıqlama backend

Bülletenləri korlayan məntəqə seçki komissiyaları cəzalandırılmalıdırlar. Onlar barəsində çox ciddi ölçü götürülməlidir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hər birinə çox ciddi şəkildə yanaşılır: “Əgər hər hansı bir pozuntu aşkar edilərsə, bununla bağlı müvafiq qərar qəbul edilir”.