Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərov işdən azad edilib. Bu barədə Lent.az-a İdarədən bildirilib. Ə. Cəfərov bir müddət əvvəl tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, bir müddət əvvəl də DANX-nin rəisi Çingiz Baxşıyev tutduğu vəzifədən azad edilərək nəqliyyat nazirinin müşaviri təyin edilib. DANX-nin rəisi vəzifəsinə isə nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Hüseyn Salamov təyin olunub.Əmrah Cəfərov işdən azad edilib

