Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi backend

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Türkiyəyə başsağlığı verib.

XİN-in yaydığı məlumatda bildirilir: "Qardaş Türkiyənin Van şəhərində baş verən zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik".

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.