“Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin yeni kampusunun tikilməsi üçün hazırlıq işləri artıq başlanıb”. QAZİLER.AZ saytı Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov açıqlamasında deyib.
Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində yeni kampusun tikintisinə bir il bundan əvvəl başlanılıb: “Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də gələcəyin müəllimləri bu universitetdə yetişir. Ona görə məhz bu universitetdən başladıq”.