Azərbaycan İranda keçirilən İT sərgisində iştirak edir

Azərbaycan İranda keçirilən İT sərgisində iştirak edir backend

Azərbaycanın İT şirkətləri Tehranda keçirilən IV Beynəlxalq “INOTEX-2015” İnnovasiyalar və Texnologiyalar sərgisində milli pavilyonunda uğurlarını nümayiş etdirir. QAZİLER.AZ saytı Trend-in bu barədə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatına əsasən xəbər verir.

Məlumatda deyilir ki, iyunun 9-da başlayan sərgi iyunun 12-dək davam edəcək.

Məqsəd sərgi iştirakçılarını Azərbaycan iqtisadiyyatı ilə tanış etmək, telekommunikasiya və yeni texnologiyalar sahəsində ən yeni texniki həllərin təqdimatını həyata keçirməkdir.

Sərgidə 20 ölkədən 500-ə yaxın şirkət iştirak edir. Sərginin əsas bölmələri aşağıdakılardır: innovativ texnologiyalar, neft-qaz və neft-kimya sənayesi üçün qurğular, yüksək texnoloji tibb və bio-tibbi mühəndislik, sənaye avtomatlaşdırılması və intellektual sistemlər, biotexnologiyalar, nanotexnologiyalar, bərpa edilən energetika, avia-kosmik texnologiyalar, tibbi və laboratoriya cihazları, aksesuarlar, infrastrukturlar, geologiya və yeni materiallar, optika, fotonika və lazerlər.
Diaspora