MSK daha bir məntəqənin nəticələrini ləğv etdi

MSK daha bir məntəqənin nəticələrini ləğv etdi backend
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 25 saylı Nizami ikinci seçki dairəsindən deputatlığa namizəd Ramin Əbilovun müraciətinə baxılıb.

Trend-in məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, namizəd müraciətində səsvermə günü dairə üzrə bir sıra məntəqələrdə seçki pozuntularının olduğunu iddia edib.

Qeyd olunub ki, həmin müraciət əsasında araşdırmalar aparılıb və 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi həqiqətən də müəyyənləşib

Komissiya 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.