Səməd Seyidovun lider olduğu seçki dairəsinin nəticələri də ləğv olundu

Səməd Seyidovun lider olduğu seçki dairəsinin nəticələri də ləğv olundu backend

Səməd Seyidovun lider olduğu seçki dairəsinin nəticələri də ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 107 saylı Qazax seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Trend-in məlumatına görə iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, araşdırmalar zamanı bir seçki məntəqəsində səsvermənin pozulması halları öz təsdiqini tapıb.

O bildirib ki, 2 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, 107 saylı Qazax Seçki Dairəsindən lider namizəd 76.1 % səsçoxluğu ilə Səməd Seyidovdur.