MSK daha 11 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi ilə bağlı müraciətə baxılıb.Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırmalar zamanı bir sıra seçki məntəqələrində səsvermənin pozulması halları öz təsdiqini tapıb.
O bildirib ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55, 59-cu məntəqələrdə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqələr üzrə səsvermənin nəticələrinin əsassız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.