Daha bir Qarabağ qazisi vəfat etdi

Daha bir Qarabağ qazisi vəfat etdi backend

Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak etmiş daha bir qazimiz dünyasını dəyişdi

Qaziler.az bildirir ki, Tağıyev Elşən Misirxan oğlu 1973-cü il, martın 6-da Ağdam rayonunun Gülablı kəndində doğulub. 1992-ci ildə ildən 1994-cü ilə qədər erməni işğalçılarına qarşı döyüşüb. Ağdam rayonu, Naxçıvanik, Aranzəmi, Pircamal, Ağbulaq, Dəhraz, Abdal-Gülablı, Bağmanlar, Sayvalı, Mərzili, Novruzlu, Yusifcanlı, Muğanlı kəndləri uğrunda gedən ağır döyüşlərdə iştirak edib. 1998-ci ildə ordudan tərxis olunub.

II qrup Qarabağ əlili idi.

8 il vərəm xəstəliyindən əziyyət çəkib. Ağır xəstə olsa da Yasamal rayonundakı 19 saylı poliklinikanın baş həkimi Əzizağa Şıxəliyevin (Allahşükür Paşazadənin baçısı oğludur-red.) "tamah"ı ucbatından I dərəcəli əlillik statusu ala bilməyib.
Ona ümumi əlillik dərəcəsi verilmişdi. I dərəcəli Qarabağ əlliliyi almaq üçün poliklinika sənədləşdirmə aparmadı. Beləliklə, Qarabağ qazisinin 8 il haqqını yedilər.

Özündən sonra bir qız övladı yadigar qalıb.

Allah qazi qardaşımıza rəhmət eləsin!