Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb

Naxçıvanda “ASAN xidmət” Mərkəzi yaradılıb backend

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muxtar Respublikanın Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Sərəncam imzalayıb.

Trend-in məlumatına görə, Muxtar Respublikanın Nazirlər Kabinetinə tapşırılıb ki, “ASAN xidmət” Mərkəzinin Əsasnaməsini və ştat strukturunu hazırlayıb təsdiq etsin.