Bakının məşhur bazarının sahibi

Bakının məşhur bazarının sahibi backend

"8-ci km bazarı"nın yeni sahibinin adı məlum oldu. Trend-in əldə etdiyi məlumata görə, "8-ci km Ticarət Mərkəzi" ASC-nin özəlləşdirilməsi ilə əlaqədar keçirilən tenderin qalibi Bəhram Qurbanov olub.

Bəhram Qurbanov tanınmış biznesmen Rasim Qurbanovun oğludur.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na və Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları"na müvafıq olaraq "8-ci km Ticarət Mərkəzi" ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi.

Müsabiqədə iştirak etmək üçün üç iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilib. Azərbaycanın müvafıq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər üç iddiaçı iştirakçı statusunu əldə edib.Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə baxdıqdan sonra 16 yanvar 2015-ci il tarixində açıq səsvermə yolu ilə qərar qəbul edib və investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin şərtlərinə əsasən, müsabiqə qalibi dövlət büdcəsinə 312 iki min manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, 6 ay ərzində müəssisəyə 1 180 760 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürüb.
Diaspora