Rusiya və Azərbaycan energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə məşğul olacaq yüksək səviyyəli işçi qrupu yaradacaqlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu RF Prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O, Moskvada keçirilən brifinqdə qeyd edib: "Energetika sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi ilə hazırda hökumətlərarası komissiya çərçivəsində xüsusi olaraq yaradılan yüksək səviyyəli işçi qrupu məşğul olacaq".Azərbaycan və Rusiya enerji əməkdaşlığı üzrə işçi qrupu yaradacaqlar

