GENERALA QARŞI QƏRƏZLİ KAMPANİYA - REPLIKA

GENERALA QARŞI QƏRƏZLİ KAMPANİYA - REPLIKA backend

YOXLANILMAMIŞ İNFORMASİYALARIN VERİLMƏSİ QANUNA ZİDDİR Qarabağ savaşının iştirakçıları kimi bizim başlıca diləyimiz ordumuzun gücünün daha da möhkəmlənməsi yönündə addımlar atılmasıdır. Təbii, torpağımızın işğaldan azad olunması bu amildən-ordunun gücündən asılı olduğuna görə. Ondan yana, ordu barədə məlumatların mətbuata verilməsinin özü çox həssas məsələdir.

Belə məlumatlar saxta olduqda, qərəz amacı daşıdıqda, gerçəyə söykənmədikdə isə dövlətə də, torpağa da, Qarabağa da, ordumuza da arxadan vurulan zərbə təsiri doğurur.

Bu günlərdə bir sıra saytlarda “Polkovnik leytenant generalı ittiham etdi” başlıqlı yazı dərc edib. Başlıq “gəl-gəl” dediyindən yazı ilə maraqlanmaq zorunda qaldıq.

Təsəvvür edin, heç bir fakta, gerçəyə söykənmədiyini özü də etiraf edən polkovnik-leytenantın dedi-qodu, şayiə, qərəz amacı daşıyan müraciəti ilə general-leytenanta qarşı qarayaxma kampaniyası aparılır. Elə bil general hərbi qulluqçu yox, təmir-tikinti şirkətinin rəhbəridir! (??) Axı bu general sıradan bir məmur deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəridir! Belə yüksək çinli məmuru qaralamaqla sayt və ona “qıl verənlər” nəyə nail olmaq istəyir? Aydındır ki, belə saxta informasiyalarla, qarayaxmalarla yalnız və yalnız 3-5 manat yiyəsi olmaq mümkündür.

Polkovnik-leytenanta isə məsləhətimiz budur ki, 3-5 manatını havayı sərf etməsin, general leytenanta çirkab atmaq olar, amma yapışmaz! Prezident generalı sözügedən xidmətə rəis qoymazdan qabaq çox sınayıb: sərhəddə, miqrasiya xidmətində...

Hamısında da sınaqdan üzüağ çıxıb: başı dik, əli təmiz, ürəyi vətən sevgisi ilə dolu.
Fikrimizcə, Mətbuat Şurası, bağlantılı qurumlar da öz sözlərini deməlidir.

Məğrur Bədəlli,
Qarabağ qazisi
Diaspora