Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıb

Etirazçılar MSK-nın şöbə müdirini içəri buraxmayıb backend

"Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”.

Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar bəzi namizədlərin etirazlarına münasibət bildirərkən deyib.

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır.

"Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.