TQDK 19 nəfərin imtahan nəticələrini ləğv etdi

TQDK 19 nəfərin imtahan nəticələrini ləğv etdi backend

TQDK tərəfindən iyunun 6-da keçirilmiş IX siniflər üzrə buraxılış imtahanında iştirakı nəzərdə tutulan 29382 şagirddən 410 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK-nın internet saytında 28970 şagirdin imtahan nəticələri yerləşdirilib.


İştirakçılardan 50 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.
XI sinif şagirdləri üçün buraxılış imtahanlarında isə iştirakı nəzərdə tutulan 24774 şagirddən 364 nəfəri imtahana gəlməyib, 17 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24393 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 37 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.
Diaspora