35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub

35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub backend

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 35 saylı Xətai Üçüncü Seçki Dairəsində parlament seçklərinin nəticələri ləğv olunub.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü Ramiz İbrahimov bildirib ki, Ekspert Qrupu tərəfindən aparılan araşdırmadan sonra məlum olub ki, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin bütün seçki məntəqələrində qanunvericiliyin tələbləri pozulub: “Həmin pozuntular səsvermənin keçirilməsi və səsvermənin nəticələrini müəyyən edərkən seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermir. Burada seçicilərin iradəsini yenidən müəyyən etmək mümkün deyilsə, səslərin yenidən sayılması üçün əsas yoxdur”.

R. İbrahimov vurğulayıb ki, 33 seçki məntəqəsinin 30-da qanun pozuntuları baş verib: “Müraciətdə qeyd olunan bütün məntəqələrdə olan qanun pozuntuları araşdırma zamanı da ortaya çıxıb”