BŞİH mitinqlə bağlı müraciətə cavab verib

BŞİH mitinqlə bağlı müraciətə cavab verib backend

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

BŞİH-dən APA-ya verilən məlumata görə, müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.