Qarabağ qazisi Gültəkin Quliyevanın doğum günüdür - TƏBRİK

Qarabağ qazisi Gültəkin Quliyevanın doğum günüdür - TƏBRİK backend

Bu gün Qarabağ qazisi Gültəkin Quliyevanın doğum günüdür

Qaziler.az bildirir ki, Gültəkin Quliyeva Qarabağ müharibəsinin ən ağır illərində Tərtər-Ağdərə istiqamətində gedən ağır döyüşlərdə tibb bacısı kimi iştirak edib. Qarabağ qaziləri silahdaşlarını təbrik ediblər. Təbrikdə deyilir:

“Onun döyüşlərdə çox böyük xidmətləri, əziyyəti olub. Döyüş bölgəsində tibb bacısı olarkən düşmənin diversiya-kəşfiyyat qrupunun aşkarlanmasında xidməti olub. Hətta o zaman G.Quliyevanın “Azərbaycanın Milli Qəhrəmanı“ adına təqdimatı üçün cəbhə komandirləri təşəbbüs göstəriblər. O, uzun illərdir ki, Qarabağ Əlillər Cəmiyyətində, sonra isə “Qarabağ qaziləri“ İctimai Birliyində vətənimizin azadlığı, bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilərimizin, eləcə də müharibə insanlarının problemlərinin həll olunması üçün əlindən gələni edir. G.Quliyeva, eyni zamanda, ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyət göstərir. Ümumiyyətlə, Qarabağ müharibəsinin həll edilməsi, Qarabağ mövzusunun gündəmdə qalması üçün də daim fəaliyyətdədir.

Biz Qarabağ qaziləri arasında “Gülü“ kimi tanınan Gültəkin Quliyevanı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq. Ən böyük arzumuz
Gültəkini işğal olunmuş bütün torpaqlarımızın azadlığı günündə o yerlərdə görməkdir. Gün o gün olsun ki, bütün qazilərimiz, o cümlədən Gültəkin Quliyeva öz ad günlərini düşməndən azad edilmiş Qarabağda qeyd etsinlər.

Hörmətlə: “Qarabağ qaziləri“ İctimai Birliyi, “Qarabağ Əlillərinə Qayğı“ İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu