“ASAN xidmət“dən Avropa Oyunlarına veloyarış dəstəyi

“ASAN xidmət“dən Avropa Oyunlarına veloyarış dəstəyi backend

Azərbaycan Velosiped İdmanı Federasiyasından (AzVİF) Trend-ə verilən məlumata görə, Bakı-2015 ilk Avropa Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək məqsədilə "ASAN xidmət" könüllüləri maraqlı aksiyaya əl atıblar - onlar iyunun 9-da velosiped yarışında mübarizə aparacaqlar.


Veloparkda keçiriləcək yarışda Bakı və Sumqayıt şəhərlərinin "ASAN xidmət" mərkəzlərinin 40 könüllüsü iştirak edəcək. Tərkibində 2 oğlan və 2 qız velosipedçi olacaq komandalar estafet sistemi üzrə yarışacaqlar.

Yarış saat 11:00-da başlanacaq.
Diaspora