Qarabağ qazisi Qoşqar Hacıyev dəfn edildi

Qarabağ qazisi Qoşqar Hacıyev dəfn edildi backend

Dünən şəhid olan Qarabağ qazisi Qoşqar Hacıyev bu gün dəfn edilib

Qaziler.az bildirir ki, Qarabağ qazisi Qoşqar Hacıyev bu gün "Qurd qapısı"nda, hərbçilərin məzarlığında torpağa tapşırılıb. Qəhrəman qazimiz Qoşqar Hacıyevin nəşi "Heydər" məscidindən götürülərək qəbirstanlığa aparılıb. Dəfn zamanı böyük izdiham yaşanıb. Mərasimdə qazilər, veteranlar, şəhidin ailə üzvləri, millət vəkilləri Aydın Mirzəzadə, Adil Əliyev, QHT rəhbərləri, Müdafiə Nazirliyinin rəsmiləri iştirak edib.

Qəhrəman qazinin məzarı başında onun anası, oğlu, millət vəkili Adil Əliyev, Müdafiə Nazirliyinin əməkdaşları çıxış etdilər. Şəhidin oğlu Abdullanın çıxışı dəfndə iştirak edənləri kövrəltdi. Möhtəşəm çıxışdan təsirlənən dəfn iştirakçıları Qoşqar Hacıyevin oğlunu alqışladılar.

Müdafiə Nazirliyinin adından qazinin məzarı üstə əklil qoyuldu.

Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə anadan olub. O, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı.

Başın sağ olsun, VƏTƏN!

Diaspora