“Əgər ölsəm, ilk işin bayrağı sinəmə sərmək olsun!” - Qoşqarın qardaşına vəsiyyəti

“Əgər ölsəm, ilk işin bayrağı sinəmə sərmək olsun!” - Qoşqarın qardaşına vəsiyyəti backend

Bu gün haqq dərgahına qovuşan Qarabağ qazisi Qoşqar Hacıyevin qardaşına etdiyi vəsiyyəti eşidən hər kəsi kövrəltmişdi

"Qardaş, birdən huşum başımdan çıxar, komaya düşərəm. Qoyma ha, bayrağımı başımın üstündən götürələr! Əgər ölsəm, onda birinci işin bayrağı başım üstən götürüb sinəmə sərmək olsun!"

Bu gün ŞƏHİD olan Qazimiz Qoşqar qardaşı Vüqara uğrunda ömrünü fəda etdiyi bayrağı belə tapşırıb! Budur VƏTƏN, BAYRAQ sevgisi! Ölüm yatağında belə VƏTƏNİ, BAYRAĞI düşünən belə qəhrəman oğullarının hesabına yaşayır Azərbaycan. 5 il olumla, ölümün arasında qalan, ölümlə pəncələşən belə igidləri az deyil vətənin. Erməninin kor gülləsi onun gözünü kor elədi, beyninin yarısını apardı, amma ürəyində, dilində Vətən, Bayraq sevgisini öldürə bilmədi. Onun ölümünü "özümüzünkülər"in laqeydliyi tezləşdirdi. Kaş Qoşqarda olan vətən, millət, bayraq sevgisinin lap az hissəsi onlarda da olaydı. Onda...Onda hər şey yaxşı olardı. Onda erməni dığaları bu cür nər oğullarımızı kor edib məhv edə bilməzdi. Onda...Ondalar, kaş kilər çoxdu. Lap çox.

Şəhidlərin yeri cənnətdi deyirlər. Kaş ki cənnətdən boylanan şəhid ruhlarına rahatlıq verə bilsəydik. Onların qisasın almaqla. Vətəni bütövləşdirməklə...

Vətən, başın sağ olsun!

Qaziler.az