Şəhid olmuş Qarabağ qazisi harada, nə vaxt dəfn olunacaq? - MƏLUMAT

Şəhid olmuş Qarabağ qazisi harada, nə vaxt dəfn olunacaq? - MƏLUMAT backend

Xəbər verdiyimiz kimi, Qarabağ qazisi Qoşqar Hacıyev bu gün gecə saatlarında şəhid olub.

Qaziler.az bildirir ki, qəhrəman döyüşçünün cənazəsi sabah, fevral ayının 11-də, saat 12-də Heydər məscidindən qaldırılacaq və "Qurd qapısı"nda ("Volçiy vorot") hərbçilərin qəbirstanlığında dəfn olunacaq. Dəfn prosesi Müdafiə Nazirliyi tərəfindən protokol qaydasına uyğun həyata keçirəcək.

Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə anadan olub. O, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanmışdı.