Qarabağ qazisi Qoşqar Hacıyev şəhid oldu (FOTO)

Qarabağ qazisi Qoşqar Hacıyev şəhid oldu (FOTO) backend

Qəhrəman döyüşçü Qoşqar Hacıyev dünyasını dəyişib.

"Qarabağ qaziləri" İctimai Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, bununla bağlı döyüşçünün ailəsi məlumat verib. "Qoşqar Hacıyev uzun müddət komada oldu. Dünən axşam vəziyyəti pisləşib və bu gün səhər vəfat edib. Hazırda Heydər məscidində nəşi islam qaydalarına uyğun olaraq dəfnə hazırlanır. Müdafiə Nazirliyinin rəsmiləri buradadır. Qəhrəman döyüşçünün harada dəfn olunacağı haqda qərar indi bildiriləcək".

Qeyd edək ki, Qoşqar Hacıyev 1986-cı ildə anadan olub. O, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb. O, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb. Qoşqar Hacıyevin müalicəsi yerli tibb müəssisələri ilə yanaşı, xaricdə də həyata keçirilib. O, ilk dəfə 2016-cı ildə Prezident İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə bir neçə dəfə Türkiyədə müxtəlif xəstəxanalarda müalicə olunub.