Qazilərdən silahdaşlarına seçki ilə bağlı ÇAĞIRIŞ - Təmkinli olun!

Qazilərdən silahdaşlarına seçki ilə bağlı ÇAĞIRIŞ - Təmkinli olun! backend

Bir neçə təşkilat Qarabağ qazilərinə müraciət ünvanlayıb.

Qaziler.az bildirir ki, müraciətdə deyilir:

"Əziz qazilərimiz, veteranlarımız, başımızın tacı şəhid ailələrinin üzvləri! Nöbədənkənar parlament seçkiləri sona yaxınlaşır. Bu təbəqənin təmsilçiləri olan xeyli namizədimiz var. Biz imkan daxilində bu namizədlərin böyük bir hissəsinə dəstək verdik. Sonadək yanınızdayıq. Seçkinin təbliğat-təşviqat mərhələsi çox gərgin oldu. Bəzi namizədlərimizə qarşı ədəlatsizlik, qanunsuzluq oldu, hətta bizim namizədlərə qarşı cinayət törətdilər. Sağlamlıqlarını vətən naminə itirən Qazilərimiz bəzən əsəblərini qoruya bilmədi, emossional oldular. Oldu, keçdi!

Bu mərhələ daha həssas və vacibdir. Bu gün artıq səsvermədir. Bütün döyüşçü qardaşlarımızın səbrli və təmkinli olmasını istəyirik! Bu seçki dövlətimiz və millətimiz üçün çox önəmlidir. Söz dövlət və millətdirsə qazilərimiz yenə canını verməyə hazır olacaq! Buna hamı əmin olsun! Biz döyüşçülər seçki günü daha diqqətli, ayıq-sayıq olaq ki, dövlətimiz və millətimiz zərər görməsin! Unutmayın - qazilik və şəhidlik adı, məqamı deputat mandatından milyon dəfə ucadır, şərəflidir! Səbrli və təmkinli olaq, emossialarımızı cilovlayaq, heç bir provakasiyaya uymayaq! Seçki prosesini tam və sakit başa çatmasına kömək edək. Allah Azərbaycanımızı qorusun! Amin!"

"Qarabağ qaziləri” İctimai Birliyi, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu

QAZİLER.az