Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.
AZƏRTAC Secki-2020.az saytına istinadla bildirir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyədək 315 nəfəri namizədliyini geri götürüb, MSK 1 nəfərin namizədliyini ləğv edib.Hazırda deputatlığa namizədlərin sayı 1321 nəfərdir.
Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan dairə seçki komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.



