Azərbaycanda donor təşkilatlara tələblər sərtləşdirildi. Azərbaycanın Nazirlər Kabineti “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarında müvafiq dəyişiklik edib. QAZİLER.AZ saytı xəbər verir ki, Trend-in məlumatına əsasən, qərarın mətni Nazirlər Kabinetinin rəsmi nəşrində dərc olunub.
Beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, xarici hökumətlər və onların nümayəndəlikləri, xeyriyyəçilik, humanitar inkişaf və başqa ictimai yönümlü beynəlxalq təşkilatlar, maliyyə-kredit institutları, təhsil, elm, səhiyyə, incəsənət və idmanın inkişafı sahələrində fəaliyyət göstərən xarici ictimai təşkilatlar, o cümlədən fondlar, assosiasiyalar, federasiyalar və komitələr, həmçinin xarici hüquqi şəxslərin Azərbaycanda dövlət qeydiyyatına alınmış filial və nümayəndəlikləri Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etdikdən sonra donor qismində çıxış edə bilərlər.