Yerevandakı tarixi Göy məscid dağılır - FOTO

Yerevandakı tarixi Göy məscid dağılır - FOTO backend

Yerevanın tarixi Kond məhəlləsində tarixi məscidin bir hissəsi dağılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məscidin çökməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə zəng daxil olub.

Şəhərin Rustaveli küçəsində yerləşən Göy məscidin xarici divarı dağılıb. Ərazi gediş-gəliş üçün bağlanıb.

Xatırladaq ki, Göyə məscid 1768-ci ildə inşa olunub. İrəvan xanı Hüseynəli xan Qacarın inşa etdirdiyi məscid Yerevanda günümüzə çatan yeganə İslam abidəsidir.