“Artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) zəbt edilmiş torpaqlarından geri qaytarılmayanları qalmayıb. Bütün torpaqların hamısını geri qaytarmışıq”. Bunu QAZİLER.AZ saytı xəbər verir ki, Trend-ə AMEA prezidenti, akademik Akif Əlizadə deyib.
Akademiya prezidentinin sözlərinə görə, akademiyanın balansında olan minlərlə hektar torpaq sahələri müxtəlif təşkilatlar tərəfindən zəbt edilmişdi. Bu torpaqlar ölkənin müxtəlif ərazilərində - Xızı, Kürdəmir, Şamaxı, Quba və digər rayonlarda olub.Akademiya prezidentinin sözlərinə görə, AMEA-nın geri qaytarılmış torpaqları bundan sonra müxtəlif istiqamətlər üzrə istifadə ediləcək.
A.Əlizadə əminliklə bildirib ki, geri qaytarılmış bu torpaqlar AMEA-ya böyük səmərə gətirəcək.