15-ci Yasamal seçki dairəsindən deputatlığa namizəd Azər Quliyev bir qrup Qarabağ qazisi ilə görüş keçirib.
Görüşdə "Qarabağ Qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına "Milli Qəhrəmanların" İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firudin Məmmədov, Qazilər.az saytının baş redaktoru, Qarabağ qazisi jurnalist Rey Kərimoğlu və digər Qarabağ qazi və veteranları iştirak ediblər.Qarabağ qaziləri şəhid ailələri, qazilər və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətindən söz açıblar. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətləri, aparılan köklü islahatları təqdir ediblər.
Qarabağ qaziləri seçkilərdə deputatlığa namizəd Azər Quliyevi dəstəklədiklərini bildiriblər. (faktor.az)



