Aprel şəhidinin adına məzunu olduğu Azərbaycan Texnologiya Universitetində turnir keçiriləcək

Aprel şəhidinin adına məzunu olduğu Azərbaycan Texnologiya Universitetində turnir keçiriləcək backend

Aprel şəhidinin adına məzunu olduğu Azərbaycan Texnologiya Universitetində turnir keçiriləcək.


AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Rəşad Niftəliyevin ailəsi övladlarının məzunu olduğu Azərbaycan Texnologiya Universitetinə olub.

Universitetin rektoru, professor Akif Süleymanov ailə ilə görüşdə Texnologiya Universitetinin Rəşadla daim fəxr etdiyini bildirib, ona verilən tərbiyə üçün valideynləri Şakir və Fərqanə Niftəliyevlərə təşəkkür edib.

Rektor Azərbaycan Texnologiya Universitetində növbəti ayda Rəşad Niftəliyevin adına həsr olunmuş turnir təşkil ediləcəyini, universitetin şəhid məzunun xatirəsini əbədi yaşadacağını deyib.

Şəhidin valideynləri, qardaşı Tural Niftəliyev və nənəsi Səlimə Abbasova, eləcə də Rəşada dərs deyən müəllimlər onunla bağlı xatirələrini bölüşüblər.

Görüş zamanı rektor universitet əməkdaşları olan texnoloqların Toxuculuq laboratoriyasında Rəşadın şərəfinə ərsəyə gətirdikləri portret xalçanı ailəsinə təqdim edib.