Azərbaycanda son iki gün ərzində davam edən küləkli hava şəraiti bu gündən mülayimləşir. QAZİLER.AZ saytı məlumat verir ki, Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ölkə ərazisində sabah da mülayim hava şəraiti müşahidə ediləcək.Sabahdan başlayaraq havanın temperaturu da bu günlə müqayisədə bir qədər yüksələcək.