Sabah Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Xaçmaz rayonunda vətəndaş qəbulu keçirəcək.
“Azəriqaz”dan Qaziler.az-a verilən məlumata görə, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Siyəzən və Xızı rayonlarında vətəndaşların fikirlərini dinləyəcək. Görüşün hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb.Vətəndaş qəbulu məkanları barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsindən, eləcə də Siyəzən və Xızı rayonlarındakı qaz xidmət sahələrindən məlumat əldə edə bilərlərlər.