Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı

Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı backend

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 16 saylı Yasamal ikinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürümüş Əhmədova Gülər Mikayıl qızının müraciətinə baxılıb.

Modern.az-ın məlumatına görə, müraciətdə G.Əhmədova pozulmuş hüquqlarının bərpası üçün MSK-ya müraciət edib.

G.Əhmədova müraciətində qeyd edib ki, imzalar yoxlanılarkən onun prosesdə iştirakı təmin edilməyib və dairə seçki komissiyası (DSK) namizədin təqdim etdiyi imzaların 161-ni etibarsız hesab edib.

MSK DSK-nın qərarını qüvvədə saxlayıb.