Azərbaycanlı jurnalist vəfat etdi - FOTO

Azərbaycanlı jurnalist vəfat etdi - FOTO backend

Azərbaycanlı jurnalist Aynur Təhməzova (Aynur Eyvazova imzası ilə tanınırdı) xərçəng xəstəliyindən vəfat edib.

Lent.az bildirir ki, həmkarımız Türkiyədə xəstəxanada dünyasını dəyişib. O, qan xərçəngindən əziyyət çəkirdi. Kimyaterapiyadan sonra ağciyərlər iflas edib.

1973-cü ildə anadan olan Aynur xanım Azərbaycan mətbuatında "Yeni Müsavat" qəzeti, "Mediaforum" saytı və digər mətbuat orqanlarında fəaliyyət göstərib.