Övladlarını bu il I sinifə aparacaq valideynlər üçün yeni xəbər var. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün elektron ərizələrlə qeydiyyatdan keçən valideynlərdən (digər qanuni nümayəndələr) məktəblərdə fəaliyyət göstərən işçi qruplarına sənəd qəbulu iyunun 15-dək uzadılıb.
Məlumatda bildirilib ki, iyunun 15-dən etibarən I sinfə şagird qəbuluna görə elektron müraciət ünvanlayacaq valideynlər isə (və qanuni nümayəndələr) sənədlərini avqustun 15-dən sentyabrın 15-dək məktəblərdə yaradılan işçi qruplarına təqdim edə biləcəklər.Birinci sinfə sənəd qəbulunun vaxtı uzadılıb

