İsa Qəmbərin namizədliyi qeydə alınıb

İsa Qəmbərin namizədliyi qeydə alınıb backend

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin 19 saylı Nərimanov birinci Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda “Basta”ya Müsavat Partiyası Nərimanov rayon təşkilatının sədri Namiq Niftiyev məlumat verib.

İndiyədək Müsavat Partiyasından Nüşabə Sadıxlı (33 saylı Xətai seçki dairəsi), Arzu Səmədbəyli (8 saylı Binəqədi seçki dairəsi), İkram İsrafil (43 saylı Sumqayıt seçki dairəsi), Vilayət Abuşov (Kürdəmir), Dünyaxanım Cahan (İsmayıllı), Saday Hacılı (Şirvan), Bakıxan Qəribli (Şəki) deputatlığa namizəd olaraq qeydə alınıblar.

Müsavatın seçki qərargahından “Basta”ya verilən məlumata görə, partiyadan 70-ə yaxın deputatlığa namizəd imza vərəqələrini və müvafiq səndələri DSK-ya təqdim ediblər.

İsa Qəmbərin namizəd oldugu seçki dairəsində 35 seçki məntəqəsi var.

Məntəqələrin ünvanlarını təqdim edirik: