"Azər həkim müalicə üçün xaricə getməyib" - Baş toksikoloqun dostu

"Azər həkim müalicə üçün xaricə getməyib" - Baş toksikoloqun dostu backend

"Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun müalicə üçün xaricə getdiyi haqda yayılan məlumatın heç bir əsası yoxdur".

Xəbər verdiyimiz kimi bəzi mətbuat orqanlarının yaydığı məlumatda Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun səhhətində ciddi problem yarandığı və onun müalicə üçün xaricə göndərildiyi bildirilmişdi.

Qaziler.az xəbər verir ki, A.Maqsudovun yaxın dostu saytımıza onun Bakıdan kənara çıxmadığını bildirib. "Azər həkim mikro-insult keçirmişdi. Hal-hazırda, çox şükür, yaxşıdır. O, müalicə üçün xaricə getməyib. Mətbuat orqanları belə məlumatları dəqiqləşdirmədən yaymasınlar, insanlarda çaşqınlıq yaratmasınlar".

Qeyd edim ki, bir qədər əvvəl bəzi mətbuat orqanlarında baş toksikoloqun hipertonik kriz (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) keçirdiyi və bu səbəbdən də A.Maqsudovun bülletenə çıxaraq müalicə almaq üçün xarici ölkələrdən birinə getdiyi bildirilmişdi.