Rusiya Azərbaycana daha çox silah sata bilər

Rusiya Azərbaycana daha çox silah sata bilər backend

"Rusiyanın "Texmaş" konserni döyüş sursatlarının ixrac payını 45%-ə qədər artırmağı planlaşdırır". ANS PRESS-in məlumatına görə, bu barədə "Texmaş" konserninin direktor müavini Vladimir Tixonov jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, hazırda müəssisə öz məhsullarının 32-35%-ini xarici bazara çıxarır. Konserninin direktor müavinin sözlərinə görə, indiki vəziyyətdə ixrac olunan döyüş sursatları beş ölkənin silahlanmasına imkan verir.

Vladimir Tixonov qeyd edir ki, yaxın bir neçə ilə "Texmaş" konserni xarici bazarlardakı ixrac payını daha da artırmaq istəyir. Tixonov qeyd edib ki, açıq bazar həm "Texmaş"dan, həm də rəqiblərdən açıq şəkildə döyüş sursatı alan ölkələrdir. Konsern bu açıq bazardakı ölkələrdən Azərbaycan, Küveyt, Əlcəzair və digərlərinə silah satışını artırmaq niyyətindədir.
Diaspora