Aprel şəhidi Raquf Orucovun atası vəfat etdi

Aprel şəhidi Raquf Orucovun atası vəfat etdi backend

Qarabağ müharibəsi qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raquf Orucovun atası İbrahim Orucov vəfat edib.

"Report"un xəbərinə görə, İ.Orucov bu gün Sumqayıt şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İ.Orucov bir neçə il bundan əvvəl insult keçirmişdi.

Qaziler.az saytının məlumatına görə, “Qarabağ qaziləri“ İctimai Birliyi, “Qarabağ Əlillərinə Qayğı“ İctimai Birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu bu münasibətlə mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, ona Allahdan rəhmət diləyir!

Allah rəhmət eləsin!