Qarabağ qazilərindən Yeni il təbriki və arzusu

Qarabağ qazilərindən Yeni il təbriki və arzusu backend

"Qarabağ qaziləri" İctimai Birliyi gəlişinə bir neçə saat qalan 2020-ci il münasibətilə Şəhid ailələri, qazilər və bütün Azərbaycan xalqını təbrik edir.

Qaziler.az bildirir ki, "Qarabağ qaziləri" İctimai Birliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrini, Qarabağ qazilərini, bütün Azərbaycan xalqını, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təbrik edir.

Qarabağ uğrunda gedən döyüşlərdə yaralanaraq qazi olan vətən övladları bütün azərbaycanlıların ümdə arzusu olan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının bu il azadlığına qovuşmağı diləyir, o torpaqlarda şanlı bayrağımızın dalğalanmasını arzu edirlər. Qazilər Vətənin azadlığı və müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ruhlarının rahatlıq tapacağı o şərəfli günlərin gələcəyinə inanırlar.

Yaşasın Azərbaycan və Azərbaycan xalqı!