İyunun 6-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə açıqlamasında bildirib ki, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti olacaq.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şişmək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 31-36, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, iyunun 6-7-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda temperaturların bir qədər enməsi müsbət amildir.