Türkiyədə vəfat edən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun cənazəsi Azərbaycana gətirilib.
Report-un xəbərinə görə, o, bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.A.Bəşirovun yas mərasimi Təzə Pir məscidində keçiriləcək.
Qeyd edək ki, A.Bəşirov uzun sürən xəstəlikdən sonra Türkiyədə dünyasını dəyişib.
Xatırladaq ki, A.Bəşirov 1947-ci ildə Bakının Güzdək kəndində anadan olub. Azərbaycan Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. O, 2013-cü ilin oktyabrın 22-dək bu vəzifədə işləyib.