Nazirlər Kabinetində yeni təyinat olub

Nazirlər Kabinetində yeni təyinat olub backend

Nazirlər Kabinetinin Aparatında yeni kadr təyinatı olub.

Qaziler.az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Hacızadə Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

İqtisad elmləri doktoru, professor Elşən Hacızadəni şəxsən tanıyanlar onu istedadlı alim, tələbkar müəllim, ləyaqətli dövlət məmuru, yüksək mənəvi keyfiyyətləri olan insan, vətənpərvər ziyalı kimi səciyyələndirirlər. O, həm də Qarabağ müharibəsi veteranıdır, vaxtilə zabit kimi Ağdamda işğalçılara qarşı döyüşlərdə iştirak edib.