Ağdam rayonunda Həmrəylik Günü və Yeni il münasibəti ilə möhtəşəm konsert

Ağdam rayonunda Həmrəylik Günü və Yeni il münasibəti ilə möhtəşəm konsert backend

Ağdam rayonunda Həmrəylik Günü və Yeni il münasibəti ilə möhtəşəm konsert

Ağdamın Quzanlı qəsəbəsində Türkiyənin Azərbaycandakı səfirliyinin, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı, Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə bayram konserti keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təşkil olunan konsertdə rayon ictimaiyyəti, əmək kollektivləri, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yanqın və başqaları tədbirdə çıxış edərək, ağdamlıları qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Bir neçə saat davam edən bayram konsertində ağdamlılar respublikanın tanınmış incəsənət xadimlərinin çıxışlarını böyük maraqla dinləyiblər. N saylı hərbi hissənin əsgərlərinin nümunəvi çıxışı alqışlarla qarşılanıb.
Diaspora