Vətənpərvərliyin ən ali məqamı - şəhidlikdir.
Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi yaddaşın gücü ilə diktə olunan keyfiyyətdir. O, elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf adlanan heç nə yoxdur. Tarix boyu həmişə şərəfli ölümlə fəxr etmişik, ömrümüz boyu belə ölümlərə can atmışıq.Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Torpaqlarımızın qorunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur. Elə bu məqsədlə 238 nömrəli tam orta məktəbin kollektivi şəhid məzunumuzun xatirəsini əbədiləşdirmək üçün “Şəhidlik zirvəsi” adlı sənədli filmin çəkilməsi təşəbbüsünü irəli sürdü. Filmin ideya müəllifi məktəbin direktoru Xuraman Osmanova və rejissoru Nicat Cəlilovdur. 28 dekabr tarixində 238 nömrəli tam orta məktəbdə “Şəhidlik Zirvəsi” adlı filmin təqdimat mərasimi keçirildi. Təqdimatda şəhidin anası Xətayə ana, ailə üzviləri, Nizami Rayon İcra başçısının müavini Gülnaz İsrafilova, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, Azərbaycan Qarabağ müharibəsi əliləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin sədr müavini Şura Musayev, Nizami filialının sədri Mehdi Mehdiyev, Nizami rayon məktəb direktorları və direktor müavinləri iştirak etdilər.
Eurasia Diary