YAP Xalq artistinin deputatlığa namizədliyini verdi

YAP Xalq artistinin deputatlığa namizədliyini verdi backend

Yeni Azərbaycan Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək partiyanın namizədlərini açıqlayıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, partiyanın İdarə Heyətinin qərarına əsasən, xanəndə, Xalq artisti Mənsum İbrahimov YAP-ın 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədi olub.

Qeyd edək ki, buna qədər həmin dairədən jurnalist, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov millət vəkili idi. Növbədənkənar parlament seçkiləri gələn ilin fevralın 9-da keçiriləcək.

***
Belə bir siyahıda adımın keçməsini arzulayardım.

Bu sözləri Axar.az-a açıqlamasında xalq artisti, sevilən xanəndə Mənsum İbrahimov 119 saylı Ağdam kənd seçki dairəsi üzrə namizədliyinin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi haqda yayılan xəbərə münasibət bildirərkən deyib.

M.İbrahimov qeyd edib ki, hazırda ölkədə deyil:

“İndi Türkiyədəyəm. Cəmiyyətdə fəal bir ictimai xadim, xalqımı sevən biri olaraq, əlbəttə, deputat olmağı istəyərdim. Sabah ölkəyə qayıdacam və bununla bağlı fikrimi bildirəcəyəm”.