Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günü münasibətilə Qarabağ qaziləri də ölkə başçısını təbrik ediblər.
Qaziler.az bildirir ki, bu münasibətlə Azərbaycan qaziləri adından "Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev Prezidenti təbrik edib. Təbrikdə deyilir: "Doğum günü münasibətilə cənab Prtezidenti ürəkdən təbrik edir, ona üzun ömür, can sağlığı arzu edirik. Azərbaycan dövlətinin idarə edilməsində gördüyü işlərdə, apardığı mübarizədə ona uğurlar arzu edirik. Arzu edirik ki, Azərbaycanımızın inkişafı, tərəqqisi üçün bundan sonra da öz səylərini əsirgəməsin, bu yolda qarşıya qoyduğu məqsədlərə çatsın. Bu gün də cənab Prezident öz ad gününü fərqli şəkildə qeyd etdi - iş başında oldu. O, Nizami rayonunda Qarabağ əlilləri və şəhid ailələri üçün inşa edilmiş binanın açılışında iştirak etdi. Bu gün eyni zamanda bir qrup əlilə, onlara bərabər tutulan şəxslərə avtomobillər təqdim edildi. Dövlət başçısı gələn il üçün şəhid aillələrinin, Qarabağ əlillərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə mənzillərin tikilməsi üçün 20 milyon 600 min manat vəsait ayırdı".
Asəf Əliyev bildirdi ki, Prezident hər il Qarabağ əlillərini və şəhid ailələrini bu cür sərəncamlarla sevindirir. "Uzun illərdir bu istiqamətdə görülən işlər öz nəticəsini verməkdədir. Artıq 7 min-ə yaxın Qarabağ əlili mənzillə və avtomobillə təmin edilib. Prezident hər il ad günü, yaxud o ərəfədə şəhid ailələrinə, Qarabağ əlillərinə mənzil tikintisi və onların digər sosial problemlərinin həlli üçün sərəncamlar verir, vəsait ayırır. Buna görə cənab Prezidentə Azərbaycan qaziləri adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Azərbaycanımızın idarə edilməsində ona bir daha uğurlar arzulayırıq. Azərbaycan qaziləri daim Prezidentin yanındadır, onun siyasi kursunu dəstəkləyir. Ən böyük arzumuz Qarabağın işğaldan azad edilməsidir. İnanırıq ki, yaxın zamanda Ali Baş Komandanın əmri ilə Qarabağımızın azad edilməsi üçün əməliyyatlar başlayacaq, biz döyüşçülər də bu işdə əlimizdən gələn köməyi göstərəcəyik".