Xəbər verildiyi kimi dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimində keçirilib.
Doğum günün olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib, Şəhid ailələrinə, Qazilərə evlərin və avtomobillərin sənədlərini təqdim edib.Tədbirdə mənzillə təmin edilən Qazilərdən biri də 1 ci qrup Qarabağ əlili, “Arabaçı TV”-nin yaradıcısı, Azərbaycan Boccia idman federasiyasının baş katibi, milli Paraolimpiya Komitəsinin Boccia idman növü üzrə baş məşqçisi İlham Məhərrəmov olub. Prezident İ.Məhərrəmovu tanıyıb və Avropa oyunlarında onunla şəkil çəkdirdiyini xatırladıb və deyib ki, gəl yeni bir şəkil çəkdirək.
Bunu QAZİLER.AZ saytının sualını cavablandırarkən İ.Məhərrəmov deyib:
“Cənab Prezident məni xatırladı. 2016-cı ildə mənimlə çəkdirdiyi şəkli ona hədiyyə etdim. O da dedi ki, gəl səninlə yeni bir şəkil çəkdirək. Sonra mən cənab Prezidenti doğum günü münasibəti ilə təbrik etdim. Ona uğurlar arzuladım. Şəhid ailələri, Qarabağ əlilləri, ümumilikdə əlillərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığımı bildirdim. Azərbaycan Boccia idman federasiyasının uğurlarından, gələcək planlarımızdan danışdım. O da bildirdi ki, fəaliyyətimi yüksək qiymətləndirir.”
_1577190720.jpg)