QAZİLER.AZ saytı xəbər verir ki, dekabrın 24-də Bakının Nizami rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunmuş yaşayış binasında mənzillərin, həmçinin Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə avtomobillərin təqdim olunması mərasimi keçirilib.
Doğum günü olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. O, Şəhid ailələrinə, Qazilərə evlərin və avtomobillərin sənədlərini təqdim edib.