Jurnalist təkrar məhkəmə qarşısında

Jurnalist təkrar məhkəmə qarşısında backend

Jurnalist təkrar məhkəmə qarşısına çıxarılır.

Modern.az xəbər verir ki, "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun apellyasiya şikayəti dekabrın 24-də hakim Mirzəli Abbasovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Əziz Orucov məhkəməyə məhkum qismində dəvət olunub.

Xatırladaq ki, Əziz Orucov 2017-ci il mayın 2-də tutulub. Əvvəlcə o, polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. İnzibati həbsin sona çatmasına az qalmış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ona cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalisti dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edib.


Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı bu hökmü Ali Məhkəmə 2018-ci il aprelin 5-də dəyişib. Əziz Orucovun cəzası 6 ildən 3 ilə endirilib, eyni zamanda onun cəzasının qalan hissəsi şərti həbslə əvəz olunub. Nəticədə Əziz Orucov azad edilib.

Nəsimi Rayon Məhkəməsinə müraciətində Əziz Orucov şərti cəzanın ləğv edilməsini və onun üzərindən məhkumluğun götürülməsini istəyib.